Məktəbəqədər təhsil müəssisələri uşaqların erkən yaş dövründə təhsil və inkişafının təmin olunmasında mühüm rol oynayır.
Maraqlıdır, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində neçə bağça fəaliyyət göstərir?
AzEdu.az mövzu ilə bağlı Quba-Xaçmaz Regional İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Quba-Xaçmaz iqtisadi rayonunda ümumilikdə 58 bağça fəaliyyət göstərir:
"Onlardan 14-ü Qubada, 12-si Qusarda, 24-ü Xaçmazda, 3-ü isə Şabranda fəaliyyət göstərir.