Azedu.az

Ölkədə neçə bağça var, nə qədər uşaq təhsil alır? - RƏQƏMLƏR

Məktəbəqədər təhsil

19 Noyabr 2026, 10:07
Ölkədə neçə bağça var, nə qədər uşaq təhsil alır? - RƏQƏMLƏR

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin və bu müəssisələrdə təhsil alan uşaqların sayı açıqlanıb.

Belə ki, 2026-cı ilin əvvəlinə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı 1874-ə çatıb.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1245-i körpələr evi-uşaq bağçalarının, körpələr evlərinin və uşaq bağçalarının, 623-ü uşaq bağçalarının, 6-sı isə sanatoriya tipli və xüsusi məktəbəqədər təhsil müəssisələrinin payına düşür.

Məlumata görə, 2026-cı ilin əvvəlinə məktəbəqədər təhsil müəssisələrində 116 min 789 uşaq təhsil alıb. Onlardan 89 min 962-si körpələr evi-uşaq bağçalarında, 26 min 362-si uşaq bağçalarında, 465-i isə sanatoriya tipli və xüsusi məktəbəqədər təhsil müəssisələrində olub.

Hər 1000 uşağa düşən məktəbəqədər təhsil müəssisələrində təhsil alanların sayı 77 nəfər təşkil edib.

Bundan başqa, icma əsaslı məktəbəqədər təlim qruplarının sayı 1596-ya çatıb. Bu qruplara 23 min 944 uşaq cəlb olunub. Ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı isə 86 min 531 nəfər olub.

Qeyd edək ki, 2026-cı ilin əvvəlinə 1-5 yaşlı uşaqların ümumi sayında məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan və ümumtəhsil məktəblərində məktəbəhazırlıq təlimlərində iştirak edən uşaqların xüsusi çəkisi 39,9 faiz təşkil edib.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox