Azedu.az

Roma dövrünə aid dəfnin sirri açılıb

AzEdu Təhsil Platforması

20 Noyabr 2026, 14:23
Roma dövrünə aid dəfnin sirri açılıb

Roma dövrünə aid, üzərində qladiator döyüşləri və heyvan ovunu əks etdirən təsvirlər olan qabda dəfn edilmiş şəxsin Aralıq dənizi bölgəsindən olduğu müəyyənləşdirilib.

AzEdu.az "Royal Society Open Science" elmi jurnalına istinadən xəbər verir ki, bu nəticə Böyük Britaniyanın ilk Roma paytaxtı hesab edilən Kamulodunumda (indiki Kolçester) aparılan elmi araşdırma nəticəsində əldə olunub.

Durham Universitetinin rəhbərlik etdiyi tədqiqat çərçivəsində Roma dövrünə aid 22 dəfn yerindən götürülmüş kremasiya qalıqları araşdırılıb. Nəticələr üç şəxsin uşaqlığını Aralıq dənizi bölgəsində, o cümlədən İtaliya, İspaniya və ya Livanda keçirdiyini göstərib. Onlardan biri isə qladiator təsvirləri ilə bəzədilmiş məşhur Kolçester qabının içərisində dəfn edilib.

Alimlərin fikrincə, həmin şəxsin qladiatorların hazırlanması ilə məşğul olması və ya döyüşləri maliyyələşdirən imkanlı şəxs olması mümkündür. Lakin bu ehtimallar hələ təsdiqlənməyib.

Qeyd edək ki, Kolçester qabı 1848-ci ildə Vest Lodc ərazisindəki qəbirdə aşkarlanıb. Hazırda Kolçester Muzeyində saxlanılan qabın üzərində qladiator döyüşləri və heyvan ovunu əks etdirən fiqurlar, həmçinin döyüşçülərin adları həkk olunub.

Tədqiqatın diqqətçəkən tərəflərindən biri də kremasiya olunmuş insan qalıqlarının mənşəyini müəyyənləşdirmək üçün stronsium və qurğuşun izotoplarının birlikdə araşdırılmasıdır. Alimlər bu üsuldan istifadə etməklə ənənəvi analiz metodları ilə üzə çıxarılması çətin olan məlumatları əldə edə biliblər.

Canlıda gərgin müzakirə! Fazil Mustafa kritik sualları cavablayır...
Son xəbərlərDaha çox