Azedu.az

İki böyük təhsil layihəsində şagird sayı xeyli artdı

Elm və təhsil

20 Noyabr 2026, 10:33
İki böyük təhsil layihəsində şagird sayı xeyli artdı

 

""Rəqəmsal bacarıqlar" layihəsi hazırda 500 mindən artıq, STEAM layihəsi isə 300 mindən artıq şagirdi əhatə edir".

AzEdu.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov IV “Maarifçi” tələbə-məzun forumunda təqdimatı zamanı deyib.

O bildirib ki, hər iki layihə şagirdlərin müasir texnologiyalardan istifadə və rəqəmsal bacarıqlarının inkişafında mühüm rol oynayır. Şagirdlər bu istiqamətdə beynəlxalq müsabiqələrdə və informatika olimpiadalarında da iştirak edirlər.

A.Abushov süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinə də toxunub. 

O qeyd edib ki, süni intellektdən hazırda əsasən tədris məzmununun hazırlanması, öyrənmə və rəqəmsal resurslar istiqamətində istifadə olunur. Gələcəkdə bu texnologiyaların idarəetmə və planlaşdırma proseslərinə də tətbiqi nəzərdə tutulur.
İdarə rəisinin müavini bildirib ki, “Rəqəmsal məktəb” layihəsi çərçivəsində Gemini, Microsoft Copilot və NotebookLM kimi süni intellekt alətlərindən istifadə edilir. Müəllim və şagirdlər bu platformalardan ödənişsiz yararlana bilirlər.

İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!
Son xəbərlərDaha çox