Azedu.az

Məleykə Abbaszadə kollektivlə vidalaşıb

AzEdu Təhsil Platforması

19 Noyabr 2026, 19:34
Məleykə Abbaszadə kollektivlə vidalaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə görüşərək vidalaşıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, görüşdə M.Abbaszadə uzun illər rəhbərlik etdiyi qurumun kollektivi qarşısında çıxış edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə də Dövlət İmtahan Mərkəzinin formalaşması və inkişafı istiqamətində keçdiyi yola nəzər salıb, bu müddət ərzində həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.

O, Mərkəzin fəaliyyətində kollektivin əməyini, peşəkarlığını və fədakarlığını xüsusi qeyd edərək, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində hər bir əməkdaşın töhfəsinin əhəmiyyətini vurğulayıb.

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb, qurumun qarşısında duran vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

 

Dövlət İmtahan Mərkəzinin kollektivi adından Məleykə xanım Abbaszadəni Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edir, ona bu məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar, yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayırıq.

İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!
Son xəbərlərDaha çox