Azərbaycanda 15 və yuxarı yaşda olan əhali arasında ali təhsillilərin sayı artmaqda davam edir.
AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2026-cı ilin əvvəlinə ölkədə hər 1000 nəfər 15 və yuxarı yaşlı əhalinin 974 nəfərinin ali, orta ixtisas, peşə və orta (tam və ümumi) təhsili var. Məlumata görə, hər 1000 nəfərdən 167-si ali təhsilli, 91-i orta ixtisas təhsilli, 54-ü peşə təhsilli, 568-i tam orta, 94-ü isə ümumi orta təhsillidir.
Göstəricilərin əvvəlki illərlə müqayisəsi ali təhsillilərin sayında artım olduğunu göstərir. Belə ki, 2011-ci ildə hər 1000 nəfərdən 124-ü ali təhsilli olduğu halda, 2016-cı ildə bu rəqəm 127, 2021-ci ildə 160, 2025-ci ildə 164, 2026-cı ildə isə 167 olub.Eyni dövrdə tam orta təhsillilərin sayı 2011-ci ildə 628 nəfərdən 2026-cı ildə 568 nəfərə, ümumi orta təhsillilərin sayı isə 131 nəfərdən 94 nəfərə enib.
Qeyd edək ki, 2019-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, ölkədə savadlılıq səviyyəsi 99,8 faiz təşkil edib.