Azedu.az

Ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu

Hadisə

18 Noyabr 2026, 23:02
Ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Məlumata görə, bu gün saat 19:30-da Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi, 99-RU-835 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobillə Sənan Hüseyn oğlu Dərgahquliyevin idarə etdiyi, 10-NB-330 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü və "Tofaş" markalı avtomobilin iki azyaşlı sərnişini həyatını itirib. Həmin avtomobildə olan qadın sərnişin isə xəsarət alıb.

Ağır qəzada həlak olanlar arasında ata və azyaşlı qızı da var.

Sənan Dərgahquliyev və G.Dərgahquliyevanın fotosunu təqdim edir:

 

Azərbaycanda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu

Azərbaycanda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu

Azərbaycanda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu

 

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan
Son xəbərlərDaha çox