Azedu.az

Pələngin hücumuna məruz qalan gənc həyatını itirdi

Hadisə

14 Noyabr 2026, 14:50
Pələngin hücumuna məruz qalan gənc həyatını itirdi

Pakistanın Lahor şəhərində fermada saxlanılan pələngin hücumuna məruz qalan işçi həyatını itirib. Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb.

AzEdu.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, Nauman adlı şəxs sosial şəbəkələrdə paylaşmaq üçün video çəkmək məqsədilə Lahor şəhərinin Kahna bölgəsində yerləşən fermaya gedib.

Onun fermaya səfəri zamanı orada saxlanılan dişi pələng işçilərdən biri olan Talhaya hücum edib.

Ağır xəsarət alan 19 yaşlı gənc xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis bildirib ki, hadisə əvvəlcə it hücumu kimi təqdim edilərək gizlədilməyə çalışılıb. Lakin aparılan araşdırmalar nəticəsində gəncin pələngin hücumuna məruz qaldığı müəyyən edilib.

Hadisə ilə əlaqədar fermasının sahibi və sosial media məzmunu hazırlayan Nauman saxlanılıb. Pələng isə vəhşi təbiətin mühafizəsi üzrə məsul qurumlara təhvil verilib.

Hazırda səlahiyyətli qurumlar fermada pələng saxlanılması üçün lazımi icazələrin olub-olmadığını və təhlükəsizlik tədbirlərinin yetərli səviyyədə görülüb-görülmədiyini araşdırır.

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox