Ağsuda piyadanı avtomobil vuraraq öldürüb.
AzEdu.az xəbər verir ki, hadisə Ağsu rayonunun Ərəbuşağı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Zaman Piriyev idarə etdiyi VAZ 2106 markalı avtomobillə yolu keçən 69 yaşlı Mirzağa Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, mərhum təqaüdçü müəllim olub. (Oxu.Az)