UNEC-in dosenti Eldar Azadov vəfat edib.
AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat edib.
Eldar Azadov ömrünü elmə, təhsilə və gənc kadrların yetişdirilməsinə həsr edib. O, uzun illər ərzində elmi-pedaqoji fəaliyyəti, təcrübəsi və zəhməti ilə ali təhsil sahəsinin inkişafına töhfə verib.
Allah rəhmət eləsin.