Azedu.az

Rektor: “Diplom insanı işə qəbul üçün yalnız qapıya qədər gətirir” 

AzEdu Təhsil Platforması

11 Noyabr 2026, 15:34
Rektor: “Diplom insanı işə qəbul üçün yalnız qapıya qədər gətirir” 

Ali təhsil diplomu insanın əmək bazarına daxil olması üçün kifayət etmir. İşəgötürənlər üçün əsas meyar namizədin real bilik və bacarıqları, peşəkar səriştəsi və praktiki hazırlığıdır.

AzEdu.az xəbər verir ki, bu fikirləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli portalımıza verdiyi geniş müsahibəsində səsləndirib.

Rektor bildirib ki, müasir əmək bazarında diplomun əhəmiyyəti olsa da, işə qəbul zamanı şəxsin peşəkar bacarıqları daha böyük rol oynayır.

“Diplom insanı əmək bazarının qapısına qədər gətirir, qapıdan içəri daxil olduqdan sonra isə onun bacarıqları və səriştəsi danışır”, - deyə Nurəli Yusifbəyli vurğulayıb.

O qeyd edib ki, universitetlərin əsas vəzifələrindən biri tələbələri yalnız nəzəri biliklərlə deyil, həm də əmək bazarının tələblərinə uyğun praktiki bacarıqlarla təmin etməkdir.

Rektorun sözlərinə görə, SDU-da bu istiqamətdə tədris proqramlarının sənaye müəssisələrinin ehtiyaclarına uyğunlaşdırılması, tələbələrin istehsalat təcrübəsinin gücləndirilməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, SDU-nun 2026-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planında da məzunların əmək bazarında rəqabət qabiliyyətinin artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

İrandan növbəti HƏYASIZLIQ - Bakıya qarşı təxribat!
Son xəbərlərDaha çox