Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 12 Noyabr- Konstitusiya Günü münasibətilə rəsmi “Facebook” hesabında paylaşım edib.
AzEdu.az həmin paylaşımı təqdim edir:
“31 il əvvəl bu gün müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Bu, dövlətçilik tariximizdə mühüm bir addım idi. Bu gün biz qalib, suverenliyini tam bərpa etmiş Azərbaycanın vətəndaşlarıyıq. Ölkəmizin dünyada öz gücü ilə seçilməsi də, gənclərimizin beynəlxalq miqyasda qazandığı uğurlar da bizi qürurlandırır. İstəyirəm ki, gənclərimiz Azərbaycanda öz gələcəklərini inamla qursunlar və öz əməkləri ilə ölkəmizin gələcəyinə töhfə verə biləcəklərinə inansınlar. Bu inamı gücləndirmək üçün hər birimizin görə biləcəyi iş var. Konstitusiya Günümüz mübarək!”,- deyə M.Abbaszadə bildirib.
