Bakıda 18 yaşlı qız avtomobilin altında qalıb.
AzEdu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Belə ki, rayonun Qala qəsəbə sakini, 2008-ci il təvəllüdlü Zeynəb Laçın qızı Həsənova yolu keçmək istəyərkən onu avtomobil vurub. Hadisə nəticəsində gənc qız zərbədən avtomobilin altına düşüb və maşın onun üzərindən keçib. Yaralı təcili xəstəxanaya gətirilib və bir ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.