"Sosial şəbəkələrdə, xüsusilə TikTok, Instagram, Facebook və YouTube platformalarında sertifikasiya ilə bağlı çoxsaylı şəxslərin manipulyativ addımlar atdığını görürük".
Bu fikirləri “AzEdu Podkast”a açıqlamasında təhsil tədqiqatçısı Elmin Nuri səsləndirib.
“Bu şəxslərin bir çoxu heç müəllim deyil, pedaqoji fəaliyyətlə məşğul olmur və ümumiyyətlə, bu proseslərin içində yer almır. Buna baxmayaraq, kimsə çıxıb "Facebook"da bir paylaşım edir və sertifikasiya prosesini tənqid atəşinə tutur.
Məsələ də məhz bundadır. İnsan nə özü müəllimdir, nə də ailəsində müəllim var, amma çıxıb yazır: "Mən başa düşmürəm, müəllimlər niyə imtahan verməlidirlər ki?". Bu isə artıq açıq-aşkar manipulyasiyadır”.
“AzEdu Podkast”-nı buradan izləyə bilərsiniz...