Azedu.az

"700 bal toplamağı göstərici hesab etmirəm" - VİDEO

AzEdu Tv

26 İyun 2026, 16:31
"700 bal toplamağı göstərici hesab etmirəm" - VİDEO

"700 bal toplamağı belə göstərici hesab etmirəm"

Bu sözləri "AzEdu podkast"ında təhsil tədqiqatçısı Elmin Nuri söyləyib. 

O, qeyd edib ki, imtahanda 330 bal toplayan şagirdlə 400 bal toplayan şagirdin intellekt səviyyəsi arasında heç bir fərq yoxdur:

İmtahanda yüksək nəticə göstərənləri - 400 və maksimum 700 bal toplayanları təbrik edir, onlara təşəkkürümü bildirirəm. Lakin bu nəticələr şəxsən mənim üçün bir göstərici deyil və bundan sonra da olmayacaq.

Ümumiyyətlə, imtahanda 330 bal toplayan şagirdlə 400 bal toplayan şagirdin intellekt səviyyəsi arasında heç bir fərq yoxdur. Çünki bu, sırf imtahan prosesidir, abituriyent strategiyanı düzgün qurduğu və həyəcanını idarə edə bildiyi təqdirdə maksimum bal toplayır.

Qeyd etdiyim kimi, bu rəqəmlər əsl potensialın göstəricisi deyil. Hətta 700 bal toplamağı belə göstərici hesab etmirəm. 

"AzEdu podkast"ı buradan izləyə bilərsiniz:

 

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox