"Neyron.ai" artıq "Rəqəmsal məktəb"dədir. Bu əməkdaşlıq sayəsində şagirdlər "Rəqəmsal məktəb" platformasından birbaşa "Neyron.ai"yə keçid edərək süni intellekti Azərbaycan dilində və interaktiv üsulla öyrənə biləcəklər.
AzEdu.az xəbər verir ki, məqsəd süni intellekti hər bir məktəbli üçün anlaşıqlı və əlçatan etməkdir. "Neyron.ai"də şagirdlər bu texnologiyadan sadəcə istifadə etməyi deyil, onun necə işlədiyini dərindən öyrənirlər.
Platformada şagirdləri nə gözləyir?
• Sadə və anlaşıqlı dərslər: Mütəxəssislər tərəfindən məktəblilərin yaşına uyğun hazırlanmış izahlar.
• Biliklərin yoxlanılması: Hər fəslin sonunda öyrənilənləri möhkəmləndirən xüsusi testlər.
• Oyunlaşdırılmış öyrənmə: Xallar, qələbə seriyaları və liderlik lövhəsi ilə daha maraqlı və rəqabətli tədris prosesi.