Azedu.az

Qubada avtomobil yeniyetməni vurub

Hadisə

19 Noyabr 2026, 10:51
Qubada avtomobil yeniyetməni vurub

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, piyada zolağından yolu keçmək istəyən 2010-cu il təvəllüdlü qızı avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?
Son xəbərlərDaha çox