Azedu.az

Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq

Maraqlı

19 Noyabr 2026, 15:33
Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Paşinyandan şok istefa açıqlaması - Adamını Azərbaycana göndərir
Son xəbərlərDaha çox