Azedu.az

Süni intellekt insanları işsiz qoymayacaq 

AzEdu Təhsil Platforması

20 Noyabr 2026, 10:24
Süni intellekt insanları işsiz qoymayacaq 

"Süni intellekt insanların işləməsinə mane olmayacaq, sadəcə onların iş üsullarını dəyişdirəcək".

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli IV “Maarifçi” tələbə-məzun forumunda çıxışı zamanı deyib.

O bildirib ki, texnoloji yeniliklər peşələri məhv etmir, əksinə, iş prosesini və yanaşmaları dəyişdirir.

M.Kərimlinin sözlərinə görə, süni intellekt dövründə əsas məsələ yeni bacarıqlar qazanmaqla yanaşı, dəyişikliklərə tez uyğunlaşmaqdır.

Aparat rəhbəri qeyd edib ki, əvvəlki nəsillər universitetdə qazandıqları bilik və bacarıqlardan uzun illər istifadə edə bilirdilər. Lakin hazırda bu müddət xeyli qısalıb və mütəxəssislər hər 5-7 ildən bir yeni bacarıqlar əldə etməli olurlar.

O, xüsusilə gənclərə müraciət edərək gələcəkdə müxtəlif sahələrin peşəkarları ilə yanaşı, rəqəmsal bacarıqlara sahib mütəxəssislərə ehtiyacın artacağını vurğulayıb:

“Gələcək hibrid peşəkarlara məxsusdur. Siz hüquqşünas, mühəndis, memar və digər sahələrin mütəxəssisləri olacaqsınız. Amma mütləq şəkildə peşənizi rəqəmsal bacarıqlarla tamamlamalısınız. Bu, sizin rəqabətqabiliyyətli olmağınıza şərait yaradacaq”.

M.Kərimli bildirib ki, əsas sual süni intellektin insanları əvəz edib-etməyəcəyi deyil, insanların süni intellekt erasına nə dərəcədə hazır olmasıdır.

İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!
Son xəbərlərDaha çox