Azedu.az

Bu gündən bağçaya növbəyə yazılma prosesi başlayır

Məktəbəqədər təhsil

10 Sentyabr 2026, 09:45
Bu gündən bağçaya növbəyə yazılma prosesi başlayır

Bu gün saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir.

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Ukrayna Rusiya şəhərlərini dağıdır: Güclü partlayışlar
Son xəbərlərDaha çox