Azedu.az

Məktəbə silahlı hücum hazırlayan yeniyetmələr saxlanılıblar

Hadisə

25 Oktyabr 2026, 09:04
Məktəbə silahlı hücum hazırlayan yeniyetmələr saxlanılıblar

Gürcüstanın paytaxtı Tbilisidəki məktəblərdən birinə silahlı hücum planlaşdıran iki yeniyetmə saxlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Qurumun məlumatına görə, yeniyetmələr aprel-may aylarında sosial şəbəkələr vasitəsilə tanış olublar. Onlar Tbilisidəki təhsil müəssisələrindən birinə hücum etməyi planlaşdırıblar. Yeniyetmələrin məktəbdə dağıntılar törətmək və silahdan istifadə edərək oradakı şəxslərin sağlamlığına zərər vurmaq niyyətində olduqları bildirilir.

Saxlanılan şəxslərə zorakılıq, dağıntı, başqasının əmlakına ziyan vurma və silahdan istifadə ilə müşayiət olunması planlaşdırılan qrup hərəkətlərini təşkil etməyə və bu hərəkətlərdə iştirak etməyə hazırlaşmaq ittihamı irəli sürülüb. Onları 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Yeniyetmələrdən biri barəsində məhkəmə artıq həbs qətimkan tədbiri seçib. Digəri barəsində isə prokurorluq məhkəməyə müraciət edəcək.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox