Azedu.az

Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır

Hadisə

17 Oktyabr 2026, 15:01
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik maşını yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.

Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox