Azedu.az

Məktəb uçqunu ilə bağlı XİN Pakistana başsağlığı verdi

Hadisə

16 Oktyabr 2026, 09:45
Məktəb uçqunu ilə bağlı XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məktəb binasının bir hissəsinin uçması nəticəsində çox sayda şagird və müəllimin həlak olması ilə bağlı başsağlığı verib.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“Qardaş İslam Respublikası Pakistanın Peşəvərdə məktəb binasının bir hissəsinin faciəvi şəkildə uçması nəticəsində çox sayda şagird və müəllimin həyatını itirməsi ilə bağlı dərin hüznlə başsağlığı verir və səmimi kədərimizi bildiririk.

Həlak olanların ailələrinin kədərini bölüşür, bu ürəkdağlayan faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, ötən gün Pakistanda məktəbin damının uçması nəticəsində 29 nəfər ölüb. Ölənlər arasında 28 uşaq var. 40-dan çox insan isə yaralanıb.

TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr
Son xəbərlərDaha çox