Azedu.az

Məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 

Hadisə

15 Oktyabr 2026, 11:33
Məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 

Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 28 uşaq və 1 müəllimə həlak olub.

AzEdu.az xəbər verir ki, bu barədə Pakistan mediası rəsmilərə istinadən xəbər verir.

Həmçinin 20 uşağın xəsarət aldığı bildirilir.

Paytaxt polisinin rəisi Mian Səid damın uçması nəticəsində 40-dan çox insanın zərər çəkdiyini bildirib.

Onun sözlərinə görə, hadisədən sonra özəl məktəbin sahibi həbs edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Bakıda daha bir məktəbə HÜCUM - Mühafizəçi xəstəxanalıq oldu
Son xəbərlərDaha çox