Polimer Materialları İnstitutunun əməkdaşları SOCAR Karbamid zavodunda olublar.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti PHŞ tabeliyində Polimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyeva, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova, Heterotsiklik monomerlər laboratoriyasının müdiri kimya
üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova, Biomimetik polimer materiallar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Sevil Maşayeva və Polimer materiallarının fiziki - mexaniki tədqiqatları şöbəsinin aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Хəyаm Nəzərəliyеv SOCAR Karbamid zavoduna işgüzar səfər ediblər.
Elm və təhsilin istehsalata inteqrasiyası istiqamətində növbəti addım olaraq həyata keçirilən görüşün əsas məqsədi elmi-tədqiqat işlərinin sənayeyə tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Görüş çərçivəsində institut əməkdaşları zavodun müasir texnoloji avadanlıqları, istehsalat prosesləri və laboratoriya imkanları ilə yaxından tanış olublar. Müəssisənin mütəxəssisləri karbamid istehsalı texnologiyası, keyfiyyətə nəzarət mexanizmləri və ekoloji standartlar barədə məlumat veriblər.
Dəyirmi masa ətrafında keçirilən müzakirələrdə elmi işlərin tətbiqi, birgə tətdiqatalar, kadr hazırlığı və başqa istiqamətlər diqqət mərkəzində olub.
Sonda tərəflər elm və sənaye arasında əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayaraq birgə fəaliyyət planının hazırlanması və müntəzəm görüşlərin keçirilməsi barədə razılığa gəliblər.