Şəkidə yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəbin məzunu 675 balla Prezident təqaüdünə layiq görülüb.
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarədən məlumat verilib.
İdarədən bildirilib ki, Şəki şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Arif Qədirov ali məktəblərə qəbul imtahanında 675 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.
Qeyd edək ki, məktəb 2024–2025-ci tədris ilindən etibarən yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərir.
2025–2026-cı tədris ilində məktəbin buraxılış siniflərinin nəticələri də yüksək olub. Belə ki, altı buraxılış sinfinin hər birində şagirdlərin ali təhsil müəssisələrinə qəbul göstəricisi 100 faiz, iki sinifdə isə 90 faiz təşkil edib.
Xatırladaq ki, 2026–2027-ci tədris ilindən etibarən yeni təmayül tədris modelinin tətbiqinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən şəhər Zərifə Əliyeva adına 3 nömrəli, Qax şəhər 3 nömrəli, Zaqatala şəhər 5 nömrəli və Qəbələ şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəblərində də başlanılıb.