Azedu.az

Sabiq rektordan xəbərdarlıq: “Ayıq-sayıq olmalı, təxribatlara uymamalıyıq”

AzEdu Təhsil Platforması

13 Oktyabr 2026, 11:22
Sabiq rektordan xəbərdarlıq: “Ayıq-sayıq olmalı, təxribatlara uymamalıyıq”

"Azərbaycanın hərbi meydanda qazandığı tarixi Zəfəri həzm edə bilməyən qüvvələr müxtəlif təxribatlara əl atmaqla öz məkrli məqsədlərinə nail olmağa çalışa bilərlər".

AzEdu.az xəbər verir ki, bu fikirləri sabiq rektor, professor Əminağa Sadıqov öz "feysbuk" hesabında paylaşım edib. 

Paylaşımı təqdim edirik:

"Əziz məktəblilər və hörmətli valideynlər!

Azərbaycanın hərbi meydanda qazandığı tarixi Zəfəri həzm edə bilməyən qüvvələr müxtəlif təxribatlara əl atmaqla öz məkrli məqsədlərinə nail olmağa çalışa bilərlər.

Hər birimiz ayıq-sayıq olmalı, təxribatlara uymamalı, övladlarımızın təhlükəsizliyinə, mənəvi sağlamlığına və müasir dövrün tələblərinə cavab verən hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsinə xüsusi diqqət yetirməliyik.

Azərbaycan dünyəvi dövlət olaraq dini etiqad azadlığını təmin edən ən yüksək tolerantlıq ənənələrinə malikdir. Lakin dini dəyərlərdən sui-istifadə edilməsinə, gənclərin çaşdırılmasına və cəmiyyətdə qarşıdurma yaradılmasına yönəlmiş cəhdlərə yol vermək olmaz.

Hüquq-mühafizə orqanlarını dövlətimizin müstəqilliyinə, dünyəvilik prinsiplərinə və cəmiyyətimizin təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz əməllərin qarşısının qanunvericiliyə uyğun və qətiyyətlə alınması üçün zəruri tədbirlər görməyə çağırıram".

TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi
Son xəbərlərDaha çox