Azedu.az

İlham Əliyev: Kamboca ilə təhsil ənənəsini bərpa etməliyik

AzEdu Təhsil Platforması

12 Oktyabr 2026, 16:12
İlham Əliyev: Kamboca ilə təhsil ənənəsini bərpa etməliyik

“Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır. Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq”.

AzEdu.az xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manetlə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.
“Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik”, - deyə dövlət başçısı əlavə edib.

Qeyd edək ki, oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

İran hərəkətə keçdi - Məktəblərdəki təxribatın şok detalları
Son xəbərlərDaha çox