Azedu.az

Günəşdə güclü partlayışlar GÖZLƏNİLİR

Maraqlı

12 Oktyabr 2026, 13:28
Günəşdə güclü partlayışlar GÖZLƏNİLİR

Oktyabrın 12-si və 13-də Günəşdə güclü alışmaların baş verə biləcəyi proqnozlaşdırılır. Alimlərin məlumatına görə, bu hadisələr ən yüksək güc sinfi hesab olunan X sinfinə çata bilər.

AzEdu.az xəbər verir ki, bu barədə TASS Rusiya Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb.

İnstitutun açıqlamasında bildirilib ki, oktyabrın 12-si və 13-də Günəşdə alışma aktivliyi orta səviyyədən yüksək səviyyəyədək dəyişə bilər. Bu müddətdə X sinfinə aid güclü alışmaların baş verməsi istisna edilmir.

Qeyd edək ki, oktyabrın 10-da alimlər Günəşdə M sinfinə aid alışma qeydə alıblar. Oktyabrın 9-da isə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Yerə doğru üç Günəş plazması buludunun hərəkət etdiyini açıqlayıb. Onların maqnit qasırğalarına və qütb parıltılarına səbəb ola biləcəyi bildirilib.

İrandan hicab mesajı - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox