Azedu.az

Çox yatanlar üçün xəbərdarlıq - xəstəlik riski artır

Maraqlı

4 Oktyabr 2026, 14:05
Çox yatanlar üçün xəbərdarlıq - xəstəlik riski artır

Alimlər yuxu müddəti ilə ürək-damar və metabolik xəstəliklərin yaranma riski arasında əlaqə aşkar ediblər.

AzEdu.az xəbər verir ki, “Sleep Medicine” jurnalı genişmiqyaslı bir tədqiqatın nəticələrini dərc edib.

Həmin tədqiqatda alimlər "China Kadoorie Biobank" iştirakçılarının məlumatlarını təhlil ediblər. Müşahidə müddəti təxminən 10 il davam edib.

Tədqiqatçılar gecə ərzində yeddi-doqquz saat yatan şəxslərin məlumatlarını daha az və ya daha çox yatanların göstəriciləri ilə müqayisə ediblər.

Məlum olub ki, yeddi saatdan az və ya doqquz saatdan çox yatmaq ilk kardiometabolik xəstəliyin yaranma riskini 4%, iki və ya daha çox belə xəstəliyin yaranma riskini 10%, istənilən səbəbdən ölüm riskini isə 7% artırır.

Kardiometabolik xəstəliklər miokard infarktı (ürək tutması), insult, diabet, böyrək xəstəliyi və qeyri-alkoqol mənşəli qaraciyər piylənməsi kimi vəziyyətləri əhatə edən bir qrup xəstəlikdir.

Xəstəlik riski ən yüksək səviyyədə yuxu rejimi pozulmuş şəxslərdə, xüsusilə də yuxu müddəti uzun və qısa dövrlər arasında dəyişən insanlarda, müşahidə edilib.

Müəlliflər qeyd edirlər ki, bu əlaqə müxtəlif iştirakçı qrupları üçün özünü doğruldub. Bununla belə, yuxu müddəti özlüyündə həmin xəstəliklərə səbəb olmur: o, bu xəstəliklərin yaranmasına təkan verən amillərdən biri kimi çıxış edir.

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox