Azedu.az

Beynəlxalq olimpiadalara hazırlıq qrupları üçün seçim imtahanları keçirilib

İmtahanlar və qəbul məsələləri

12 Oktyabr 2026, 13:15
Beynəlxalq olimpiadalara hazırlıq qrupları üçün seçim imtahanları keçirilib

Oktyabrın 11-də fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçim imtahanları təşkil olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, imtahanların keçirilməsində məqsəd müvafiq fənlər üzrə yüksək bilik və bacarıqlara, beynəlxalq olimpiadalarda ölkəmizi təmsil etmək potensialına malik istedadlı şagirdləri müəyyənləşdirmək və onların sistemli hazırlıq prosesinə cəlb olunmasını təmin etməkdir.

Seçim imtahanlarının nəticələrinə əsasən yüksək göstərici əldə edən şagirdlər beynəlxalq olimpiadalara hazırlıq qruplarına cəlb olunacaqlar.

Qruplarda şagirdlərin fənlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların mürəkkəb olimpiada tapşırıqlarının həlli istiqamətində hazırlıqlarının gücləndirilməsi və beynəlxalq yarışlara hazırlıq səviyyələrinin yüksəldilməsi nəzərdə tutulur.

Seçim imtahanlarının nəticələri və növbəti mərhələlərlə bağlı məlumatlar yaxın günlərdə elan olunacaq.

İrandan hicab mesajı - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox