Oktyabrın 11-də Təhsil Texnologiyaları Mərkəzində riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək. İmtahanın nəticələrinə əsasən bu fənn üzrə növbəti hazırlıq və seçim mərhələlərinə cəlb olunacaq şagirdlər müəyyənləşdiriləcək.
Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib.
İmtahanda aşağıdakı meyarlara uyğun şagirdlər iştirak edə bilərlər:
– Hazırda 9-cu sinifdə təhsil alan və 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadasının (RFO) riyaziyyat fənni üzrə qalibləri;
– Hazırda 8-ci sinifdə təhsil alan və 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Müsabiqəsinin (RFM) riyaziyyat fənni üzrə qalibləri.
Qeyd: 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Müsabiqəsinin (RFM) riyaziyyat fənni üzrə qalibi olmuş və hazırda 7-ci sinifdə təhsil alan şagirdlər birbaşa aşağı yaş qrupu üzrə hazırlıq dərslərinə cəlb ediləcəklər. Bu səbəbdən həmin şagirdlərin seçim imtahanında iştirak etmələrinə ehtiyac yoxdur.
Tarix: 11 oktyabr 2026-cı il
İmtahanın başlanma vaxtı: 10:00
Ünvan: Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 109
İştirakçıların ən gec saat 09:30-da imtahan mərkəzində olmaları xahiş edilir.
Şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi gətirməlidirlər.