“Əsas məqsədləri və alətləri bir-birindən ayırmalıyıq”.
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
Böyük gözləntilər formalaşdırmaq doğru olmaz. Eyni zamanda, bugünkü konfransda hər iki həmkarımın təqdimatlarına görə ilk növbədə təşəkkür edirəm. Orada kifayət qədər müxtəlif istiqamətlər, müxtəlif alətlər və müxtəlif sahələrdə görülən işlərlə bağlı fikirlərimizi paylaşdıq.
Mənim bu gün demək istədiyim bir neçə fikir var. Bu fikirləri çalışaraq ümumiləşdirib sizə çatdıracağam.
Birinci və ən başlıca fikir məqsədləri və alətləri bir-birindən ayırmaqdır. Çünki biz uzun müddət müxtəlif alətlər haqqında danışa bilərik. Nümunələr də verəcəyəm.
Amma məqsədləri unutduqda və yaxud məqsədlərlə alətlər arasında əlaqəni düzgün qurmadıqda, prinsip etibarilə, yerimizdə saya bilərik. Yəni getdiyimiz məsafə uzun olsa da, yer dəyişməyimiz çox az ola bilər.
Bu nə deməkdir? Bu o deməkdir ki, ümumiyyətlə, təhsil sisteminin əsas məqsədi nədir? Bu, yəqin ki, ən vacib sualdır.
Söhbət ümumi təhsildən gedirsə, yəqin ki, biz növbəti nəslin, yəni uşaqların öyrənməsindən danışırıq. Əgər uşaqlar öyrənirsə, təlim nəticələri varsa, deməli, təhsil yaxşıdır.