Azedu.az

Başqa kainatlara keçid mümkün ola bilər

AzEdu Təhsil Platforması

12 Oktyabr 2026, 08:19
Başqa kainatlara keçid mümkün ola bilər

"Köstəbək dəlikləri" digər kainatlara keçmək imkanı verə bilər".

AzEdu.az xəbər verir ki, bu barədə rusiyalı astrofizik Anatoli Çerepaşçuk "Nauka 0+" beynəlxalq festivalında danışıb.

Astrofizik xatırladıb ki, Rusiyanın gələcək kosmik təcrübələri "köstəbək dəlikləri"nin axtarışına yönəlib. O, yaxın 50 il ərzində müşahidələr vasitəsilə belə obyektlərin aşkar edilə biləcəyini istisna etməyib.

"Başqa kainata - sadəcə məkanda deyil, fəza-zamanda yerləşən kainata - düşmək üçün işıq sürətindən daha yüksək sürətlə hərəkət etmək lazımdır. Fizika qanunları bunu qadağan edir. Nəzəriyyə belə deyir", - deyə Çerepaşçuk mühazirəsi zamanı bildirib.

O, bu üsulla bizim kainatda da səyahət etməyin mümkün ola biləcəyini qeyd edib.

Tədqiqatçı həmçinin bildirib ki, bizim kainatda müşahidə olunan qara dəliklər başqa kainatda "tərsinə çevrilmiş qara dəliklər" kimi görünə bilər.

TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı
Son xəbərlərDaha çox