Azedu.az

Bəşəriyyətin 2100-cü ilədək məhv olacağı proqnozlaşdırılır

AzEdu Təhsil Platforması

11 Oktyabr 2026, 14:50
Bəşəriyyətin 2100-cü ilədək məhv olacağı proqnozlaşdırılır

"Lancet” jurnalının qiymətləndirməsinə görə, nüvə müharibəsi və süni intellektdən qəsdən zərərli məqsədlərlə istifadə 2100-cü ilə qədər bəşəriyyətin məhvinə səbəb ola biləcək təhlükələr sırasındadır. Bu yaxınlarda yaradılmış komissiya insan sağlamlığı üçün 17 fəlakətli təhlükə müəyyən edib. Bununla belə, ekspertlər onların hər birinə qarşı “real tədbirlər planının” mövcud olduğunu bildirirlər.

AzEdu.az xəbər verir ki, XXI əsrdə qlobal sağlamlıq təhdidləri üzrə “Lancet” Komissiyasına rəhbərlik edən ekspertlərin fikrincə, müəyyən edilmiş bütün təhlükələr bir-biri ilə qarşılıqlı əlaqədədir. Bu isə o deməkdir ki, onlarla mübarizə ayrı-ayrılıqda deyil, kompleks şəkildə aparılmalıdır. Bununla yanaşı, ekspertlər hər bir təhlükəyə qarşı “real tədbirlər planının” olduğunu vurğulayıblar.

Proqnozu hazırlamaq üçün komissiya mövcud tendensiyalara əsaslanaraq hər bir təhlükənin xəstəlik, əlillik və ya vaxtından əvvəl ölüm nəticəsində neçə illik sağlam həyat itkisinə səbəb ola biləcəyini modelləşdirib. Bu göstərici DALY (disability-adjusted life years — əlilliyə görə korreksiya edilmiş həyat illəri) adlanır.

“Bioloji silahlar da daxil olmaqla, süni intellektdən zərərli məqsədlərlə istifadə və nüvə müharibəsi nəticəsində yarana biləcək nüvə qışı və aclıq qarşıdakı 75 il ərzində bəşəriyyətin yox olması riskini yaradır”, — deyə hesabat müəllifləri bildirirlər.

Onların sözlərinə görə, nüvə münaqişəsi zamanı atmosferin yuxarı qatlarına kifayət qədər hissəcik atılarsa, günəş işığının qarşısı alına, qlobal temperatur aşağı düşə və genişmiqyaslı aclıq yarana bilər. Digər potensial təhlükə isə süni intellektin köməyi ilə hazırlanmış bioloji silahlardan istifadədir. Bu ssenarilərin hər ikisi bəşəriyyətin mövcudluğu üçün ciddi təhlükə yarada bilər.

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox