Azedu.az

"Öyrənmə prosesini hər kəs üçün asanlaşdırmaq mümkün deyil"

AzEdu Təhsil Platforması

26 Noyabr 2026, 15:30
"Öyrənmə prosesini hər kəs üçün asanlaşdırmaq mümkün deyil"

“Öyrənmək zəhmət tələb edir, əziyyətsiz yeni bilik mənimsəmək mümkün deyil”.

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə çıxış edən riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev qeyd edib.

O bildirib ki, öyrənmə prosesi kifayət qədər mürəkkəb və fərdi xarakter daşıyır. Eyni ailədə, eyni mühitdə böyüyən, eyni müəllimdən dərs alan və eyni dərslikdən istifadə edən şagirdlərin belə öyrənmə nəticələri fərqli ola bilər.

Y.İslamzadənin sözlərinə görə, hər bir insanın düşüncə tərzi və qavrama xüsusiyyətləri fərdi yanaşma tələb edir. Buna görə də öyrənmə prosesini hər kəs üçün eyni dərəcədə asan və rahat etmək mümkün deyil.

O qeyd edib ki, yeni biliklərin mənimsənilməsi mütləq zəhmət və səy tələb edir. Tarix boyu böyük alimlərin və dahilərin uğurlarının arxasında da istedadla yanaşı, davamlı əmək və zəhmət dayanıb.

Y.İslamzadə vurğulayıb ki, bəzi valideynlər övladlarının dərs zamanı çətinlik çəkməsini gördükdə bunun səbəbini müəllimdə, dərslikdə və ya məktəbdə axtarırlar. Halbuki öyrənmək prosesinin özündə müəyyən çətinliklərin olması təbiidir.

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox