Azedu.az

Dərsliklərdə səhv və müəllif yanaşması fərqləndirilməlidir - Zaur İsayev

AzEdu Təhsil Platforması

26 Noyabr 2026, 15:31
Dərsliklərdə səhv və müəllif yanaşması fərqləndirilməlidir - Zaur İsayev

“Dərsliklərdəki hər iradı səhv kimi qiymətləndirmək olmaz”.

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə çıxış edən riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev qeyd edib.

O bildirib ki, dərsliklərin hazırlanması çoxmərhələli proses olsa da, bu, onların tamamilə səhvsiz olması demək deyil. Çünki elmi biliklər və insan düşüncəsinin məhsulu daim inkişaf edir, mövcud nəzəriyyələr zamanla təkmilləşir və yenilənir.

Y.İslamzadənin sözlərinə görə, dərsliklərdə texniki və məzmun səhvləri aşkarlandıqda bunu qəbul etmək və düzəliş etmək lazımdır. Lakin dərsliklərlə bağlı səsləndirilən bütün iradları səhv kimi qiymətləndirmək düzgün deyil:

“Riyaziyyat dərsliyində hər hansı misal səhv verilibsə, bunu etiraf edir və düzəldirik. Ancaq elə iradlar var ki, onlar müəllif yanaşması ilə bağlıdır və ciddi konseptual əsaslara söykənir. Məsələn, mövzuların hansı ardıcıllıqla verilməsi, müəyyən biliklərin hansı sinifdə tədris olunması təsadüfi qərar deyil”.

O qeyd edib ki, dərslik müəllifləri öz fəaliyyətlərini təsdiq olunmuş fənn kurikulumları, yəni təhsil proqramları əsasında qururlar. Həmin proqramlarda hər sinif üzrə hansı bilik və bacarıqların mənimsədilməli olduğu müəyyənləşdirilir.

Müəllif vurğulayıb ki, dərsliklərin məzmunu və mövzuların siniflər üzrə bölgüsü məhz bu təməl üzərində formalaşdırılır, müəlliflər isə müəyyən edilmiş çərçivə daxilində tədris metodlarını və materialların təqdimatını hazırlayırlar.

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox