Azedu.az

Dərsliklərin hazırlanmasında çoxmərhələli yoxlama aparılır

AzEdu Təhsil Platforması

26 Noyabr 2026, 15:36
Dərsliklərin hazırlanmasında çoxmərhələli yoxlama aparılır

“Dərsliklər bir neçə mərhələli ekspertizadan və ikiillik pilot sınaqdan keçirilir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə çıxış edən riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev qeyd edib.

O bildirib ki, dərsliklərin hazırlanması çoxmərhələli proses olsa da, ayrı-ayrı səhvlərin qalması ehtimalı tamamilə istisna edilmir. Xüsusilə riyaziyyat kimi dəqiq fənlər üzrə hər səhifədə çoxsaylı tapşırıqların yer alması bəzi texniki yanlışlıqların baş verməsi riskini artırır.

Y.İslamzadənin sözlərinə görə, dərsliklərdə aşkar olunan səhvlər qəbul edilməli və aradan qaldırılmalıdır. Bununla yanaşı, mövzuların ardıcıllığı və müəyyən biliklərin hansı sinifdə tədris olunması ilə bağlı müəllif yanaşmalarını səhv kimi qiymətləndirmək doğru deyil. Çünki dərsliklərin məzmunu təsdiq olunmuş təhsil proqramları əsasında hazırlanır.

O qeyd edib ki, yeni dərsliklər ikiillik pilot sınaqdan əlavə, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir neçə mərhələli ekspertizadan da keçirilir.

Müəllif bildirib ki, ekspertiza prosesində hər fənn üzrə 8-10 nəfərdən ibarət mütəxəssis qrupu iştirak edir. Buraya alimlər, təcrübəli müəllimlər, universitet və digər elmi müəssisələrin əməkdaşları cəlb olunur. Onlar dərsliklərin kurikuluma uyğunluğunu, məzmunun elmi dəqiqliyini və mövzuların ardıcıllığını yoxlayırlar.

Y.İslamzadə ekspertiza zamanı dərsliklərə dair çoxsaylı rəylərin hazırlandığını da diqqətə çatdırıb:

“Yeddinci sinif riyaziyyat dərsliyi ilə bağlı bizə daxil olan rəylər təxminən 60-70 səhifəlik material təşkil edirdi. Hər səhifədə 7-8 rəy olmaqla, ümumilikdə 300-400-ə yaxın irad və təklif var idi. Müəlliflər onların hər birini cavablandırırlar. Qəbul edilən təkliflər nəzərə alınır, qəbul edilməyənlər isə əsaslandırılır. Ekspertlərin müəlliflərin izahları ilə razılaşmadığı hallarda canlı müzakirələr təşkil olunur”.

O vurğulayıb ki, bu mərhələli yoxlama və müzakirələrin əsas məqsədi dərsliklərdəki nöqsanları minimuma endirmək və onların məzmun keyfiyyətini artırmaqdır.

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox