Azedu.az

Dərsliklərdəki mətnlər şagirdlərin yaşına uyğunlaşdırılır

AzEdu Təhsil Platforması

26 Noyabr 2026, 16:23
Dərsliklərdəki mətnlər şagirdlərin yaşına uyğunlaşdırılır

 “Azərbaycan dilindəki dərsliklərdəki mətnlərin uyğunlaşdırılması plagiat hesab edilə bilməz”.

AzEdu.az xəbər verir ki, bu fikirləri riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən jurnalistlər üçün təlim-müzakirədə səsləndirib.

O bildirib ki, dərsliklərə daxil edilən mətnlər müəyyən pedaqoji və metodik tələblərə cavab verməlidir. Bu səbəbdən bədii əsərlərin seçilməsi ilə yanaşı, onların şagirdlərin yaş səviyyəsinə və tədris məqsədlərinə uyğunlaşdırılması da vacibdir.

Zaur İsayev qeyd edib ki, müzakirə predmetinə çevrilən bəzi mətnlərin əsasında müxtəlif ölkələrdə yayılan hadisə və süjetlər dayanır. Yazıçılar həmin süjetləri bədii şəkildə işləyərək obrazlar, xarakterlər və əlavə detallar vasitəsilə əsərə çevirirlər.

O, Braziliyada yaşayan yazıçı ilə əlaqə yaradıldığını və həmin şəxsin də süjeti başqa mənbədən eşitdiyini bildirdiyini söyləyib.

Zaur İsayevin sözlərinə görə, bu cür mətnlərin dərsliklərdə istifadəsini birbaşa plagiat kimi qiymətləndirmək düzgün deyil. Mətnlər tədris məqsədinə uyğunlaşdırılaraq şagirdlər üçün daha anlaşıqlı və maraqlı formaya salınır.

O əlavə edib ki, dərsliklər geniş auditoriyanı əhatə etdiyindən bu sahədəki müzakirələr də cəmiyyətdə böyük maraq doğurur.

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox