Azedu.az

Şagirdlərin təlim nəticələrində valideyn dəstəyi vacibdir

AzEdu Təhsil Platforması

26 Noyabr 2026, 16:00
Şagirdlərin təlim nəticələrində valideyn dəstəyi vacibdir

Rasim Abdurazaqov: “Azərbaycan məktəblərində dərs bitdikdən sonra şagirdlər evlərinə gedirlər”.

AzEdu.az xəbər verir ki, bu fikirləri fizika fənni üzrə dərslik müəllifi Rasim Abdurazaqov Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə səsləndirib.

O bildirib ki, yeni dərsliklərin hazırlanması zamanı şagirdlərin təlim prosesində valideynlərin dəstəyini təmin etmək məqsədilə xüsusi bələdçi vəsaitlər də hazırlanıb. Həmin vəsaitlər valideynlərə övladlarına oxuyub-anlama, riyazi bacarıqlar və tapşırıqların yerinə yetirilməsi istiqamətində necə kömək edə biləcəklərini izah edir.

Rasim Abdurazaqov valideyn, müəllim və şagird münasibətlərinin pedaqoji üçlük prinsipi əsasında qurulmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, valideynin dəstəyi müəllimin tədris prosesini daha səmərəli təşkil etməsinə kömək edir.

Bu yanaşmanı beynəlxalq məktəblərin təcrübəsi ilə müqayisə edən müəllif deyib:

“Beynəlxalq məktəblərdə fənn müəllimi günün sonunadək məktəbdə qalmalı və bütün şagirdlərin təlim nəticələrini müəyyən səviyyəyə çatdırmalıdır. Azərbaycan məktəblərində isə dərs başa çatdıqdan sonra şagirdlər evlərinə gedirlər. Bu baxımdan müəllimə valideyn dəstəyi də vacibdir”.

O əlavə edib ki, dərsliklərdəki tapşırıqların yerinə yetirilməsi və şagirdlərin mövzuları daha yaxşı mənimsəməsi üçün valideynlərin müəllimlərlə əməkdaşlığı əhəmiyyətlidir.

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox