Azedu.az

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

AzEdu Təhsil Platforması

10 Oktyabr 2026, 15:39
İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Bakıda Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Zaur Yusifovun vəzifəsindən azad edilməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

AzEdu.az xəbər verir ki, məktəb rəsmi “Facebook” səhifəsində yayılan məlumatları təkzib edib.

Açıqlamada direktorun vəzifəsinin icrasını davam etdirdiyi bildirilib:

“Sözügedən məlumat yanlış və əsassızdır. Direktor öz vəzifəsinin icrasını davam etdirir. İctimaiyyəti yalnız məktəbin rəsmi mənbələrində yayımlanan məlumatlara istinad etməyə çağırırıq”.

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox