Azedu.az

Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsə REAKSİYA

AzEdu Təhsil Platforması

11 Oktyabr 2026, 15:01
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsə REAKSİYA

Azərbaycan Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb.

AzEdu.az xəbər verir ki, bəyanatda deyilir:

"Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, Azərbaycanda ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumlarını müşahidə edirik.

Xüsusilə məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsini, bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinə təhrikləri qətiyyətlə pisləyirik".

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox