Azedu.az

Şəmkirdə gənc oğlan əkiz qardaşını bıçaqladı

Hadisə

11 Oktyabr 2026, 12:04
Şəmkirdə gənc oğlan əkiz qardaşını bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

AzEdu.az-ın xəbərinə görə, 18 yaşlı X. Quliyev əkiz qardaşı N. Quliyevə bıçaq xəsarəti yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İddialara görə, qardaşlar arasında əvvəlcə otağa icazəsiz daxil olmaq üstündə mübahisə yaranıb. Mübahisə get-gedə böyüyüb və nəticədə məlum cinayət hadisəsi baş verib.

Hadisəni törədən X. Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox