Azedu.az

Polşada məktəbə hücum: 7 nəfər yaralanıb

Hadisə

7 Oktyabr 2026, 15:43
Polşada məktəbə hücum: 7 nəfər yaralanıb

Polşada peşə məktəbində baş verən bıçaqlı hücum nəticəsində 7 nəfər yaralanıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında, təxminən 09:00-11:00 arasında törədilib. Hücum zamanı “iti əşyadan” istifadə edildiyi qeyd olunub.

Yaralananlar arasında həm şagirdlərin, həm də müəllimlərin olduğu bildirilir. 

Hadisə ilə bağlı 19 yaşlı şəxs saxlanılıb. Polisin məlumatına görə, şübhəli şəxs saxlanılarkən yaralanıb və xəstəxanaya yerləşdirilib.

SON DƏQİQƏ! ABŞ-dən şok xəbərdarlıq - Dərhal Rusiyadan çıxın!
Son xəbərlərDaha çox