Azedu.az

"Süni intellekti bilmək seçim yox, məcburiyyətdir"- Zamanın vermədiyi GÜZƏŞT

AzEdu Təhsil Platforması

10 Oktyabr 2026, 10:10
"Süni intellekti bilmək seçim yox, məcburiyyətdir"- Zamanın vermədiyi GÜZƏŞT

"21-ci əsrin ortalarını yaşadığımız hazırkı dövrdə hər bir alim və professor müasir texnologiyaların mahiyyətini düzgün dərk etməlidir".

Bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib. 

Süni intellekt artıq kimsənin şəxsi seçimindən və ya rəyindən asılı olmayan, zamanın birbaşa diqqət mərkəzində duran əsas tələbidir.

Bu gün süni intellektin yaratdığı zərurət təxminən 20–25 il bundan əvvəlki internet tələbi ilə eyni mahiyyəti daşıyır. Təsəvvür edin ki, internetin yeni yarandığı dövrlərdə kimlərsə ondan istifadə etmək istəmədiyini, bunun onların seçimi olmadığını bildirirdi. Lakin zaman göstərdi ki, internet olmadan fəaliyyət göstərmək mümkünsüzdür. Bu gün heç birimizin iş prosesi internet olmadan keçinmir. İndi isə həmin "internet" anlayışını artıq "süni intellekt" termini əvəzləyir. Artıq süni intellektsiz fəaliyyət göstərmək mümkün deyil.

Süni intellektdən doğru istifadə edilməsi və texnoloji tətbiqlərin düzgün öyrənilməsi akademik çevrədə, istehsalatda, digər sahələrdə və hətta yaradıcılıqda belə həyati əhəmiyyət kəsb edir. Bu texnologiyanı mənimsəyən mütəxəssis, yalnız nəzəri akademik üstünlüyə malik olan həmkarından ən azı "bir sıfır" öndə olacaq. Bu, kiminsə subyektiv fikri deyil, dövrün reallığıdır. Bu həqiqəti yalnız Professor Saleh Məmmədov deyil, birbaşa zamanın özü diktə edir.

Müasir dövrdə süni intellektə düzgün yanaşma sergiləndikdə, ona doğru əmrlər (prompt-lar) və tapşırıqlar verildikdə, o, müəyyən bir məzmun formalaşdırır. Tədqiqatçının və ya mütəxəssisin uğuru isə həmin məzmündan nə dərəcədə effektiv istifadə etməyindən asılı olacaq. Əlbəttə, hazır məzmunu olduğu kimi köçürmək işin mənfi və arzuolunmaz tərəfidir. Lakin süni intellektin təqdim etdiyi imkanlardan uğurla faydalanmaq akademik mühitdə daha böyük nailiyyətlər və şanslar qazandıracaq.

 

 

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox