Azedu.az

Məktəblərdə neçə kollec təhsilli müəllim çalışır? - RƏQƏMLƏR

Müəllimlər və elm adamları

9 Oktyabr 2026, 11:04
Məktəblərdə neçə kollec təhsilli müəllim çalışır? - RƏQƏMLƏR

Ümumi təhsil müəssisələrində ayrı-ayrı fənlər üzrə çalışan müəllimlərin sayı və onların təhsil səviyyəsinə dair statistik göstəricilər açıqlanıb.

AzEdu.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2025-ci il oktyabrın 1-nə olan məlumata əsasən, müəllimlərin sayına görə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri ilk sıralarda yer alıb.

Fənlər üzrə müəllimlərin sayı

Ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat fənni üzrə 15 074, riyaziyyat üzrə 13 323, ingilis dili üzrə isə 13 304 müəllim çalışıb.

Tarix fənni üzrə müəllimlərin sayı 8 652, fizika üzrə 6 234, informatika üzrə 6 219, biologiya üzrə 5 961, coğrafiya üzrə 5 845, kimya üzrə isə 4 835 nəfər təşkil edib.

Rus dilində dərslər keçirilən müəssisə və siniflərdə rus dili və ədəbiyyat müəllimlərinin sayı 1 014, rus dilində dərslər keçirilməyən müəssisə və siniflərdə isə 4 424 nəfər olub. Gürcü dili və ədəbiyyatı üzrə 339, digər xarici dillər üzrə isə 1 124 müəllim qeydə alınıb.

Statistikada müəllimlərin təhsil səviyyəsi ilə bağlı göstəricilər də əks olunub.

Belə ki, fizika, kimya, coğrafiya və biologiya müəllimlərinin 99,9 faizinin ali təhsili var.

Tarix və riyaziyyat müəllimləri arasında ali təhsillilərin payı 99,6 faiz, Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında isə 98,4 faiz təşkil edir.

İngilis dili müəllimlərinin 80,8 faizi ali, 19,2 faizi orta ixtisas təhsillidir. İnformatika müəllimləri arasında bu göstəricilər müvafiq olaraq 87,4 və 12,5 faizdir.

Qeyd edək ki, statistik məlumatlar sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələrini əhatə edir.

Azərbaycanlı politoloq Ukraynadan canlıda - Dəşlətli döyüşlər gedir -
Son xəbərlərDaha çox