Azedu.az

Məleykə Abbaszadə  məktəb illəri ilə bağlı təcrübəsini paylaşdı - ÖRNƏK ADDIM

İmtahanlar və qəbul məsələləri

11 Sentyabr 2026, 12:06
Məleykə Abbaszadə  məktəb illəri ilə bağlı təcrübəsini paylaşdı - ÖRNƏK ADDIM

"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır".

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

"2012-ci ildən sonra buraxılış imtahanlarının- 9 və 11-ci siniflərin, ondan əvvəl isə 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrini təqdim edirdik. “Abituriyent” jurnalının 12-ci nömrəsində hər bir məktəbin 12 il ərzində fənlər üzrə məzunlarının imtahan nəticələrinin necə olduğu göstərilir.

Biz müqayisə aparanda məktəbin nəticələrini rayonun orta nəticəsi ilə, rayonun nəticəsini isə ölkə üzrə orta nəticə ilə müqayisə edirdik. Baxırdıq ki, hansı məktəblər nəticələri ilə bizi irəli çəkir, hansılarda isə nəticələr aşağıdır.

Amma konkret şagirdlərə gəlib çatanda, xüsusilə zəif nəticə göstərən uşaqlara gəldikdə, ilk növbədə həmin uşağı tanımaq lazımdır. Nə üçün onun nəticəsi zəifdir? 

Bunun üçün psixometrik alətlər var.Mən bilirəm ki, Avropa Liseyində psixometrik testlər aparılır. Əvvəlcədən proqnozlaşdırmaq olar ki, uşaq məktəbə gələndə hansı sahədə ona kömək lazımdır.

Burada konkret sinifdə dərs deyən müəllim öz sinfini tanımalıdır. Hansı uşaqlar var, onların hansı psixometrik göstəriciləri var. Bunları bilməlidir ki, həmin uşaqlara düzgün yanaşsın.

İkinci mərhələdə isə, bəlkə də deyəcəksiniz ki, sovet məktəbinə qayıdırıq, kollektiv məsuliyyət məsələsinə toxunmaq istəyirəm.

Şəxsən özüm məktəbdə oxuyanda bizim üçün   sinifdə kiminsə "iki" alması çox pis hadisə idi. Özümüz həmin uşaqlarla məşğul olurduq. Riyaziyyatdan "5" alan uşaqlar özləri ilə zəif nəticə göstərən uşaqları birgə işlədirdilər. Əvvəlcə “ulduzduq” deyirdilər, beş nəfər birgə olmalı idi, sonra bu, sinif səviyyəsində davam edirdi. Məhz həmin məsuliyyət yaranırdı.

Düzdür, indi kimsə desə ki, sizin uşağınız öz vaxtını sərf edib sinif yoldaşı ilə məşğul olsun, bu, bir qədər qeyri-adi səslənəcək".

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox