Mingəçevirdə tələbə otaq yoldaşına xəsarət yetirib.
AzEdu.az xəbər verir ki, kollec tələbəsi 18 yaşlı Nurəddin Hüseynovun otaq yoldaşı, 19 yaşlı Dağlar Mehdizadəyə aralarında yaranmış mübahisə zamanı kəsici alətlə xəsarət yetirdiyi bildirilir.
Nurəddin Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.