Azedu.az

Yer və Mars fərqli yollarla formalaşıb - Yeni araşdırma

Maraqlı

5 Oktyabr 2026, 11:54
Yer və Mars fərqli yollarla formalaşıb - Yeni araşdırma

Yer və Mars eyni Günəş sistemində, bir-birinə yaxın məsafədə təxminən 4,5 milyard il əvvəl formalaşsa da, onların yaranma prosesinin fərqli olduğu müəyyənləşdirilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Kopenhagen Universitetinin alimləri Yer və Marsın tərkibindəki uçucu elementləri araşdıraraq planetlərin necə formalaşdığını müəyyənləşdirməyə çalışıblar.

Nəticələrə görə, Yerin kütləsinin ən azı 75 faizi kiçik hissəciklərin – çınqılların toplanması ilə böyüyən ilkin planetlərdən, 25 faizə qədəri isə daha böyük planetesimallardan formalaşıb.

Marsda isə vəziyyət tam əksinə olub. Onun kütləsinin təxminən 75 faizi planetesimalların, 25 faizi isə çınqıl hissəciklərinin hesabına yaranıb.

Alimlər bu nəticəyə planetlərin qabıq və mantiyasında natrium, sink və kalium kimi uçucu elementlərin miqdarını təhlil etdikdən sonra gəliblər. Bu elementlərin tərkibi planetlərin formalaşdığı dövrün şərtləri barədə mühüm məlumat verir.

Tədqiqatın rəhbərlərindən professor Anders Johansen bildirib ki, eyni Günəş sistemində bir-birinə yaxın formalaşan iki planetin bu qədər fərqli yaranması gözlənilməz nəticədir.

Alimlərin fikrincə, araşdırmanın nəticələri təkcə Yer və Marsın keçmişini anlamağa deyil, həm də digər ulduz sistemlərindəki qayalı planetlərin tədqiqinə kömək edə bilər. Planetin necə formalaşması onun su və həyat üçün vacib digər maddələri nə qədər saxlaya bilməsinə birbaşa təsir göstərir.

Hücumlar artdı -Türkiyədə Bakıya etirazlar - Sifarişçilər kimlərdir?-
Son xəbərlərDaha çox