Azedu.az

Bu bölgənin məzunları Prezident təqaüdünə layiq görülüb

Şəki-Zaqatala

13 Oktyabr 2026, 12:21
Bu bölgənin məzunları Prezident təqaüdünə layiq görülüb

2 məzunumuz Prezident təqaüdünə layiq görülüb.

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 oktyabr tarixli Sərəncamına əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2 məzunu Prezident təqaüdünə layiq görülüb.

Qeyd edək ki, şimal-qərb bölgəsi üzrə təqaüdə layiq görülən məzunlardan biri Şəki rayonunu, digəri isə Qəbələ rayonunun məzunudur.

TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi
Son xəbərlərDaha çox